Doğma xalqıma (film, 1954)
Doğma xalqıma (rus. Родному народу) — "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş bədii-sənədli film.
Film-konsert janrında çəkilmiş film incəsənət ustalarının Azərbaycan Respublikası zəhmətkşlərinə yaradıcılıq hesabatıdır. Bəstəkarlardan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov və Əfrasiyab Bədəlbəylinin əsərləri, "Koroğlu" və "Nərgiz" operalarından, "Yeddi gözəl", "Qız qalası", "Gülşən" baletlərindən fraqmentlər, xalq yaradıcılığı nümunələri filmə daxil edilmişdir.
"Doğma xalqıma" ilk rəngli Azərbaycan bədii-sənədli filmidir.
Filmin bəzi səhnələri tamamilə ağ-qara çəkilmişdir.
Ssenari müəllifi: Həsən Seyidbəyli
Quruluşçu rejissor: Yan Frid, Hüseyn Seyidzadə
Baş operator: Əlisəttar Atakişiyev
Operator: Xan Babayev, Teyyub Axundov
Rəssam: Cəbrayıl Əzimov, Elbəy Rzaquliyev, A. Freyd
Səs operatoru: Ağahüseyn Kərimov
Bəstəkar: Niyazi
Dirijor: Niyazi
Musiqi redaktoru: Niyazi
Baletmeyster: Qəmər Almaszadə
Rejissor: Şua Şeyxov
Rejissor assistenti: Məmməd Əlili, Əlisəttar Məlikov
Filmin direktoru: Bəşir Quliyev
Əsərlərindən istifadə edilən bəstəkar: Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Soltan Hacıbəyov, Əfrasiyab Bədəlbəyli
Bülbül — özü; Koroğlu
Rəşid Behbudov — özü
Qəmər Almaszadə
Ağababa Bünyadzadə — Həsən xan
Leyla Vəkilova
Rəfiqə Axundova — gözəl
Maqsud Məmmədov — özü
Sona Aslanova — Nigar
Azad Əliyev
Nəcibə Məlikova — gəlin
Əfrasiyab Məmmədov — təzəbəy
Həsənağa Salayev — Koroğlunun dəlisi
Əli Qurbanov — dənizçi
Kazım Həsənov — vəzir
Şövkət Ələkbərova — özü
Məmmədsadıq Nuriyev — vəzir
Kamil Qubuşov — ccəllad
Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.